08 Dekabr “InnoWeek 2020 – İnnovasiya həftəsi” çərçivəsində “Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlıq” video-konfransı keçiriləcəkdir.

“InnoWeek 2020 – İnnovasiya həftəsi” çərçivəsində “Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlıq” video-konfransı keçiriləcəkdir.

15 dekabr tarixində İnnovasiyalar həftəsi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş video-konfrans təşkil ediləcək.

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət - özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır.

Video-konfransda platformanın təsis edilməsi, qurum və təşkilatlar arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub. Tədbirin ikinci hissəsində Avropa Birliyində rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq platformalarının (koalisiyalar) yaradılması və bu təcrübənin ölkəmizdə tətbiqinə dair Avropa İttifaqının ekspertlərinin iştirakı ilə video-konfrans formatında seminar keçiriləcək.

 

Aşağıdakı linkə daxil olmaqla, qeydiyyatdan keçib, konfransda iştirak etmək olar:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=Fem_qQP0XUKA5gHBRX4QWBdU7JbCKIZEq3XQSht34rtURVY5OUFLWDE3MFY5VlFZUkFUMU0xWlBXSi4u

Tədbirin proqramı ilə tanış olmaq üçün bu linkə daxil olun

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |