19 Dekabr“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “The full lifecycle of Machine Learning projects” adlı vebinar təşkil olunub

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənilməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı onlayn tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov Azərbaycanda maşın öyrənilməsi sahəsi üzrə mütəxəssislərin sayının artırılması üçün vebinarların təşkili və maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Estoniyanın “Mooncascade” şirkətində maşın öyrənilməsi mühəndisi (Machine Learning Engineer) vəzifəsində çalışan Günay Abdullayeva müvafiq sektorda təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb.

Vebinarda iştirak üçün 400-dən artıq şəxs qeydiyyatdan keçib. Tədbirdə 750-yə yaxın izləyici iştirak edib, 50-yə yaxın iştirakçının müvafiq istiqamətdə sualları cavablandırılıb.

Vebinarda maşın öyrənilməsi proyektlərinə ümumilikdə necə yanaşılmalı, modelin öyrədilməsi və test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin versiyalanmasının əhəmiyyəti kimi maraqlı istiqamətlər müzakirə olunub.

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi
  • |