21 İyun “İOT LAB”-IN TƏLƏBƏLƏR ÜÇÜN AÇILIŞI OLUB

“İOT LAB”-IN TƏLƏBƏLƏR ÜÇÜN AÇILIŞI OLUB

İKT LAB Tətbiq və Tədris Mərkəzində “İoT Lab” - Əşyaların İnterneti laboratoriyasının tələbələr üçün açılışı olub. Tədbirdə “İoT Lab”-ın tələbələrə yaratdığı imkanlar və üstünlüklər izah edilib.

Eyni zamanda, laboratoriya çərçivəsində ilk dəfə elan edilən “Microsoft İoT Lab internship” adlı yay təcrübə proqramı barədə məlumatlar verilib. Təcrübə proqramının məqsədi gəncləri real layihə icrasına cəlb etmək və əşyaların interneti üzrə yeni startaplar yaratmaqdır.

Tədbirdə İKT LAB Tətbiq və Tədris Mərkəzinin, Microsoft Azərbaycan şirkətinin və yeni yaradılan “İoT Lab”-ın nümayəndələri çıxış edib. Onlar öz təqdimatlarında laboratoriyanın imkanları, gənclərə verdiyi üstünlüklər barədə məlumat verib.

Təcrübə proqramına artıq 300 nəfərdən çox gənc qeydiyyatdan keçib. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunacaq.İmtahandan uğurla keçənlər maraqlı təcrübə proqramında iştirak edəcək.

Təcrübə proqramı çərçivəsində “Əşyaların interneti” istiqamətində real layihələr üzrə işlər aparılacaq. Uğurlu layihələr BakuTel-2019 sərgisində təqdim ediləcək.

Təcrübə proqramına qatıla bilməyən və zəruri bilikləri olmayan gənclər İKT LAB tərəfindən təşkil edilən təlimlərdə iştirak edə bilərlər. “Əşyaların interneti” sahəsinə marağı olan, bu sahə üzrə proqramçılığı öyrənmək və mütəxəssis olmaq istəyən şəxslər “İoT maker” təlim proqramına qatıla bilərlər.

“İoT Lab” layihəsi, təcrübə proqramı və təlimlər haqqında daha ətraflı məlumatları https://iktlab.az/mslab/ saytından əldə etmək mümkündür.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |