01 Aprel “İoT Maker - Əşyaların interneti mühəndisi” təlimi uğurla davam edir.

“İoT Maker - Əşyaların interneti mühəndisi” təlimi uğurla davam edir.

İKT Tətbiqi və Tədrisi Mərkəzinin və “Beta Dynamics" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “İoT Maker - Əşyaların internet mühəndisi təlimi” uğurla davam edir.

Təlimdə iştirakçılar İoT sahəsinin əsas komponentləri olan elektronika və mikrokontroller proqramlaşdırmanı peşəkarlardan öyrənirlər. Təlim İKTLAB-da yerləşən Microsoft İoT laboratoriyasının nəzdində keçirilir. Təlim proqramı real praktikaya əsaslanır. İştirakçılar təlim müddətində İoT sahəsi üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə keçirilən praktiki dərs və lablarda iştirak edirlər.

Təlimin sonunda iştirakçılara real tətbiqi İoT layihəsi yaratmaq və bu layihəni peşəkar startap səviyyəsinə qədər inkişaf etdirmək imkanı yaradılır.

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |