08 Dekabr ISO 37001 standartı üzrə xüsusi təlim proqramı təşkil edilib.

 ISO 37001 standartı üzrə xüsusi təlim proqramı təşkil edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeli qurumlarının əməkdaşları üçün ISO 37001 standartı üzrə xüsusi təlim proqramı təşkil edilib.

Nazirliyin və tabeli qurumların audit və müvafiq struktur bölmələrinin əməkdaşları üçün 1 ay davam edən, 4 moduldan ibarət “ISO 37001: Antikorrupsiya İdarəetmə Sistemi” üzrə təlim proqramı həyata keçirilib.

Təlim çərçivəsində iştirakçılara antikorrupsiya idarəetmə sisteminin əsas prinsipləri, beynəlxalq standartların tələbləri, risklərin qiymətləndirilməsi, nəzarət mexanizmləri və praktiki tətbiq üzrə geniş məlumat təqdim olunub.

Proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçılar "Exemplar Global" beynəlxalq sertifikatları ilə təltif olunublar.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2025
  • |