19 Noyabr Koreya nümayəndə heyəti İKT LAB Tətbiq və Tədris Mərkəzi ilə tanış olub

Koreya nümayəndə heyəti İKT LAB Tətbiq və Tədris Mərkəzi ilə tanış olub

15 noyabr tarixində Koreya nümayəndə heyəti Mərkəzə təşrif buyurub. Nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOICA) maliyyə dəstəyi hesabına yaradılmış Mərkəz ilə tanış olub və Mərkəzin fəaliyyəti müzakirə edilib.

Görüşdə KOICA Azərbaycan ofisinin nümayəndələri, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov çıxış edib. KOICA təşkilatının Mərkəz ilə mövcud olan əməkdaşlıq əlaqələri ətraflı müzakirə edilib. Görüşdə Mərkəzin gördüyü işlər, yeni inkişaf perspektivləri və gələcək planları haqqında geniş fikir mübadiləsi aparılıb.

 


© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |