21 Fevral “Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək.

“Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək.

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən “Məhkum qadınlar rəqəmsal dünyada” adlı layihə çərçivəsində “İKT LAB” Tətbiq və Tədris Mərkəzində görüş keçirilib.
İlkin müzakirələrin nəticəsi olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi layihənin icrası müddətində məhkum qadınları lazım olan texniki vəsaitlə təchiz etməyi öhdəsinə götürüb. Tədris prosesini “İKT LAB”ın mütəxəssis heyəti icra edəcək.

Görüşdə, eyni zamanda internet ötürücülüyü, xanımların maraq dairələrinə uyğun olaraq seçimlərin aparılması, təlimin metodik forması və s. mövzular müzakirə olunub.
Belə ki, növbəti həftədən etibarən qurumun nümayəndələri həbsxanada görüş keçirib bu sahəyə marağı olan məhkum qadınlarla tanış olacaq.

Qeyd edək ki, cəzaçəkmə müəssisəsində məhkum qadınlara kompüter və qrafik dizayn biliklərinin öyrədilməsi ilk dəfə həyata keçiriləcək.

MEDİA

“Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək. “Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək. “Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək. “Məhkum qadınlar rəqəmsal dünyada” layihəsi keçiriləcək.
© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |