25 Avğust Məktəblilər üçün "TEXNO" yay düşərgəsi layihəsi uğurla sona çatdı.

Məktəblilər üçün

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi KATV1 şirkəti ilə birlikdə uşaqlar və yeniyetmələrin İKT biliklərinin inkişafı məqsədilə məktəblilər üçün “TEXNO” yay düşərgəsi layihəsini keçirib.

Layihə çərçivəsində uşaqlar dizayn, proqramlaşdırma, kod saatı, videoqrafika, fotoçəkiliş üzrə təlimlər və Cisco şirkətinin “Get connected” kursunu keçiblər.

Bundan əlavə uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, Xəzər FM və Xəzər Televiziyasında ekskursiyada olublar.

Layihənin yekunu olaraq uşaqlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, KATV1-in və Cisco şirkətinin sertifikatları təqdim olunub.

Qış və yay tətillərində yeni düşərgələr keçiriləcəkdir.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |