11 Sentyabr Ödənişsiz Peşəkar İnkişaf Proqramına start verilir.

Ödənişsiz Peşəkar İnkişaf Proqramına start verilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İT təlimlər üçün təqaüd proqramına start vermişdir. Təqaüd proqramı çərçivəsində gənclər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin Peşəkar İnkişaf Proqramlarının ödənişsiz təlimlərində iştirak edə biləcəklər.

İKT LAB tərəfindən Kibertəhlükəsizlik, Bulud inzibatçılığı və Java proqramlaşdırma sahəsində üç Peşəkar İnkişaf Proqramı üzrə qeydiyyata start verilir. Ödənişsiz təlimlərdə ilkin tələblərə cavab verən şəxslərin iştirakı mümkün olacaqdır.

Proqramın məqsədi gənc mütəxəssislərin praktiki bilik və bacarıqlar qazanaraq, ixtisaslarını artırmalarına və karyeralarının inkişafına köməklik göstərməkdir. Təlimləri uğurla bitirənlər diplom ilə təltif olunacaq və işə düzəlmələrinə dəstək veriləcəkdir.

Proqramlara qoşulmaq üçün aşağıda qeyd olunan linklər vasitəsilə məlumat almaq və qeydiyyatdan keçə bilərsiniz:

Kibertəhlükəsizlik - https://bit.ly/pipkibertəhlükəsizlik

Bulud inzibatçılığı - https://bit.ly/pipbuludinzibatchiligi

Java proqramlaşdırma - https://bit.ly/pipjavaproqramchi

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |