14 Mart Qəhrəman qazimizin rəqəmsal uğuru

Qəhrəman qazimizin rəqəmsal uğuru

44 günlük Vətən müharibəsində böyük şücaət göstərmiş, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Murovdağın, Kəlbəcərin, Cəbrayılın, Füzulinin, Xocavəndin və Hadrutun işğaldan azad olunmasında iştirak etmiş tələbəmiz Pərvin Şahməmmədov “Rəqəmsal bacarıqlar və kompüter bilikləri” üzrə təlimi, eləcə də Cisco Şəbəkə Akademiyasının "Get Connected" təlimini müvəffəqiyyətlə tamamlayaraq sertifikat əldə etmişdir.
İKT LAB kollektivi olaraq Pərvinin bu uğuruna sevinir və onu təbrik edirik.
Qeyd edək ki, Pərvin Şahməmmədov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

MEDİA

Qəhrəman qazimizin rəqəmsal uğuru Qəhrəman qazimizin rəqəmsal uğuru Qəhrəman qazimizin rəqəmsal uğuru
© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2025
  • |