04 Noyabr Rəqəmsal bacarıqlara dair forum baş tutub

Rəqəmsal bacarıqlara dair forum baş tutub

27-29 oktyabr tarixlərində EU4Digital Layihəsi çərçivəsində Rəqəmsal Bacarıqlar Forumu baş tutub. Forumda Avropa Birliyi və Şərqi Tərəfdaşlıq ölkələri iştirak etmişdir. Tədbir çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlara dair Avropa Birliyinin strategiyası üzrə görülmüş işləri və rəqəmsal bacarıqlar və işlər üzrə Avropa milli koalisiyaların fəaliyyətini müzakirə etmişlər. Şərq Tərəfdaşlıq ölkələri bir neçə Aİ üzv dövlətlərin milli koalisiya təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər.

Forumun ikinci günündə işçi qüvvəsinin bacarıqlarına və COVID-19 pandemiyasının rəqəmsal bacarıqlar sahəsindəki tələblərə təsiri və həmçinin COVID-19 pandemiyasının təsirinin azaldılmasına yönəlmiş təşəbbüslər barədə görülən işlər müzakirə olunub. Bu məsələ ilə bağlı “EU4Digital” layihəsinin “Rəqəmli Bacarıqlar Şəbəkəsi”nin Azərbaycan üzrə koordinatoru, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov çıxış edərək, Azərbaycanda COVID-19 pandemiyasının təsirinin azaldılmasına yönəlmiş təşəbbüslər və işlər barədə forum iştirakçılarına məlumat verib.

Forumun son günü İrlandiya Rəqəmsal Bacarıqlar və işlər Koalisiyasına virtual tur keçirilib.

 

 

 

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |