21 Sentyabr “Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.

“Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyiə ilə keçirilən “Technest” Təqaüd Proqramı çərçivəsində yeni tədris ili üzrə təlimlərə qeydiyyat başladı.

Yeni tədris ilində “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən Təqaüd Proqramı çərçivəsində 6 regionda (Gəncə, Zaqatala, Mingəçevir, Şəki, Lənkəran və Naxçıvanda) İT əsasları və Veb əsasları üzrə qeydiyyat başlamışdır. Təlim 6 ay müddətində keçiriləcəkdir.


Təqaüdlü yerlərin tutulması prosesi müsabiqə əsasında 3 mərhələdən ibarət olacaqdır:

·         I mərhələ: Məntiq testi

·         II mərhələ: İxtisas üzrə test imtahanı

·         III mərhələ: Müsahibə

 

Proqrama qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilirsiniz:

https://technest.idda.az/

Xatırladaq ki, proqramın məqsədi gənc mütəxəssislərin praktiki bilik və bacarıqlar qazanaraq, ixtisaslarını artırmalarına və karyeralarının inkişafına köməklik göstərməkdir. Təlimləri uğurla bitirənlər diplom ilə təltif olunacaq və işə düzəlmələrinə dəstək veriləcəkdir.

Son qeydiyyat tarixi: 9 oktyabr

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |