[email protected]
2002-ci ildə Rusiya Federasiyasının Uxta şəhərində anadan olmuşdur.
2019-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil almışdır.
2025-ci ildə Azərbaycan Texniki Universitetində Müəssisənin iqtisadiyyatı ixtisası üzrə magistr dərəcəsi almışdır.
2025-ci ildən İstanbul Beykent Universitetində Beynəlxalq münasibətlər və dövlət siyasəti ixtisası üzrə doktorantura təhsili alır.
Əmək fəaliyyətinə mühasibatlıq sahəsində başlamışdır.
2023-2024-cü illərdə Karyera və İşə Hazırlıq Mərkəzində mühasib vəzifəsində çalışmışdır.
2024-2025-ci illərdə Sham-Fi International Trading Company-də aparıcı mühasib vəzifəsində çalışmışdır.
2025-2026-cı illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində vergilər üzrə mühasib vəzifəsində çalışmışdır.
2024-cü ildən etibarən tədris sektorunda mühasibatlıq üzrə müəllim kimi fəaliyyət göstərir.
2025-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzində böyük mühasib və mühasibatlıq üzrə müəllim vəzifəsində çalışır.
2026-cı il 2 aprel tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş mühasib vəzifəsində çalışır.
MHBS və İS MUBS üzrə Peşəkar Mühasib Sertifikatına sahibdir.
Rus, ingilis və alman dillərini bilir.